Onu banka rəhbər qoyub, 4 milyon sərvət verdilər - Azərbaycanda ilk dəfə
Şakir Rəhimov “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri təyin olunub. Diqqəti cəlb edən səhmdar olmayan bir şəxsin Bankda bir nömrəli vəzifəyə təyin olunmasıdır.
“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyev müsahibəsində bildirib ki, 28 Mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da Səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər. Artım yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur:
“Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği 77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil.
Əlavə olaraq, artımdan sonra nizamnamə kapitalının 5% hissəsi müşahidə şurasının yeni sədri qismində banka cəlb olunan Şakir Rəhimova təqdim olunacaq. Belə bir beynəlxalq təcrübənin bizim bankda tətbiqi, idarəetmədə iştirak edən şəxslərin bankın uzunmüddətli hədəflərində maraqlı olmasını təmin etmək məqsədini daşıyır. Mən, belə bir innovativ yanaşma vasitəsilə bank sistemində peşəkarların idarəetməyə cəlb olunmasını Azərbaycanda ilk dəfə tətbiq etməkdən məmnunluq hissi duyuram”.
Qeyd edək ki, 77 milyon manatın 5%-i 3 milyon 850 min manatdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...