Deputat: “Bahalanmaya göz yummaq olmaz”
“Ölkədə Novruz bayramı öncəsi qiymətlərin qalxması faktdır və bunu danmaq olmaz”
Bunu deputat, iqtisadçı Vahid Əhmədov bildirib.
V.Əhmədov vurğulayıb ki, artıq Azərbaycanda bayram öncəsi qiymət artımı «ənənə» halını alıb: «Ola bilər ki, burada sahibkarların, adi ticarətçilərin, möhtəkirlərin öz payı var. Amma bu xalqı qiymətlərin qalxması problemindən azad etmir. Buna göz yummaq olmaz. Hazırda bahalanma inkarsız faktdır».
V.Əhmədov qeyd edib ki, xüsusilə ərzaq mallarında bahalanma özünü daha açıq şəkildə göstərir.
Deputat ətin bahalanmasına da toxunub: «Keçən il mal ətinin bir kiloqramı 8-9 manat idi. İndi isə 12-13 manata qalxıb. Bu da aydındır ki, ölkədə kifayət qədər ət olsaydı, qiymətlər bu qədər bahalana bilməzdi».

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...