Banklarda kartdan pul çıxarmaq qadağan edildi
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarına yeni göstəriş verib
Yeni göstərişdə hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinə bank hesablarından nağd vəsaitlərin çıxarılması qadağan edilib.
Belə ki, hüquqi şəxslər və fiziki şəxs olan sahibkarların yalnız mal-materialların alınması üçün istifadə oluna bilən nağd vəsaitlərin hesablardan çıxarılması müvəqqəti olaraq dayandırılıb. Notariuslardan başqa istənilən hüquqi şəxslər və fiziki şəxs olan sahibkarlar tərəfindən nağd pulun çıxarılması ilə bağlı istənilən əməliyyatlar bank rəsmilərinə müraciət edilmədən aparıla bilməz.
“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu qadağa ötən gün sadələşdirilmiş vergi ödəyicilərinə aid edilsə də, yaranan narazılıq MBNP-ni geri çəkilməyə vadar edib və hazırda isə bu qadağa əsasən ƏDV ödəyicilərinə qarşı tətbiq edilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...