“Azərbaycanda sığorta sahəsində boşluqlar var” - Prezident İlham Əliyev
- 28-03-2019, 15:42
- 948
Bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə çıxışı zamanı deyib.
“Məsələn, bu yaxınlarda Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələ nəticəsində minlərlə evə ziyan dəydi və məlum oldu ki, heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Bütövlükdə sahibkarlara məsləhət görülür ki, onlar öz əmlaklarını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq” - deyə, dövlət başçısı qeyd edib.