Siqaret bahalaşır
2019-cu ilin yanvarından siqaretlər bahalaşacaq.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə siqaret paylanılmasının dayandırılacağı bildirilib.
Həmçinin yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, bir neçə gün öncə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Dəyişikliyə görə, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.
Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...