“Kapitalbank” şəhidlərin qanpulundan pul tutur- NARAZILIQ
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların ailələrinə qanpulu verilməsi prosesinə başlanıb
Lakin prosesin gedişində şəhid ailələri bəzi nöqsanlarla qarşılaşıb. Bu barədə «Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu Qaziler.az-a bunları bildirib: "Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi başlayandan bir sıra xırda çatışmazlıqlar müşahidə olunur, müəyyən narazılıqlar var. Bu narazılıqların ən əsası "Kapitalbank”da şəhid ailəsinin adına açılan bank hesabı ilə bağlı bankın təqdim etdiyi arayışın verilməsi müqabilində ailədən 10 manat məbləğində pul tələb edilməsi, 11 min manat hesaba köçürüldükdə isə həmin puldan 1 faiz (110 manat) tutulması ilə bağlı olan şikayətlərdir. Fikrimcə, bu düzgün deyil. Yəni ölkənin birinci şəxsinin, ali baş komandanın belə bir vacib, humanist fərmanına bu cür yanaşma "Kapitalbank”a başucalığı gətirmir və bunu prezidentə qarşı sayğısızlıq hesab edirəm. Düşünürük ki, burada bir anlaşılmazlıq var və tezliklə aradan qaldırılacaq. Xatırladım ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə birdəfəlik ödəmə prosesinin başlanmasından bir gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, şəhid ailələrindən notarius xidmətindən başqa heç bir ödəniş tələb olunmayacaq”.
Qaziler.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...