Bakıda bal yarmarkasına çıxarılacaq 30 ton məhsulun yararsız olduğu üzə çıxıb
Sabahdan başlayaraq oktyabrın 28-də qədər Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.
Bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfrasında nazirliyin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə deyib ki, əvvəlki yarmarkalardan fərqli olaraq bu il rəhbərlik etdiyi qurum sərgi-satışda tərəfdaş qismində çıxış edəcək.
Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev isə qeyd edib ki, yarmarkaya çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.
Mətbuat konfrasında çıxış edən KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran bildirib ki, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında 3-cütərəf qismində çıxış edirlər: “Burada bizim işimiz Qida Təhlükəsizliyi Agentliyinin analiz nəticələrindən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirməkdir. Bununla da yarmarkanın tam şəffaf şəkildə keçirilməsinə və bu biznesin inkişafına töhfə verəcəyik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək