"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT
“Turan Bank” Azərbaycanın işğal altında olan torpaqlarını rəsmi saytında yerləşdirdiyi xəritədə erməni dilində təqdim edir.
xalqxeber.az kommersant.az-a istinadən xəbər verir ki, “Turan Bank” rəsmi internet saytında filialları barədə məlumat verərkən “Google” şirkətinin xəritəsindən istifadə edib. Belə ki, bankın rəsmi internet saytında yerləşdirdiyi Azərbaycan xəritəsində işğal altında olan 20% torpağımıza aid olan ərazilərin adı böyük şriftlə erməni əlifbası ilə erməni dilində, yalnız aşağıda isə, bu dəfə niyəsə kiçik hərflərlə Azərbaycan dilində yazılıb.
Qeyd edək ki, digər banklar və şirkətlər “Yandex” şirkətinin xəritəsindən istifadə edir. O xəritədə isə Qarabağ bölgəsinə aid ərazi adları Azərbaycan dilində qeyd edilib. “Turan Bank”ın bunu bildiyi halda xəritəsində bu cür siyasi səhvə yol verməsi və mental dəyərləri birmənalı şəkildə ayaqlaması bankın müştərilərinə, aidiyyəti qurumlara, maliyyə nəzarətini həyata keçirən strukturlara məlumdurmu? Məhz bu sualın cavabsız qalmaması üçün "Turan Bank"ın saytında saxladığı həmin xəritənin fotosunu təqdim edirik:



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...