“Azərcell” qiyməti 150 faiz artırır: "Bunun səbəbləri qaranqlıdır"
"Azərcell” gələn ayın 15-dən etibarən "Asan İmza” xidmətindən istifadəyə görə abunə haqqını 2,5 dəfə artıracaq. 1 manata təklif edilən bu xidmətə görə o gündən sonra 2.5 manat ödəməli olacağıq".
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, "Azercell Telekom” MMC bunu xərclərin artması ilə əlaqələndirib:
"Bununla digər mobil operatorlar da qiymət artımına gedəcəklər. Amma nəyin hesabına xərcin nə az, nə çox - 2.5 dəfə artması səbəbləri qaranqlıdır. Eyni zamanda, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılması vacibliyini bir daha artırır. Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda, "ASAN İmza”ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. Elektron xidmətlərin daha aşağı xərclər ilə əldə edilməsinin özü də prioritet olmalıdır. Təəssüf ki, son taarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...