Bayram günləri banklar işləyəcək
Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Palatadan verilən məlumata görə, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.
Bankların Bakı şəhərində yerləşən səkkiz filial və şöbəsi isə 24 saat çalışacaq.
Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...