SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rüfət Aslanlıdan prezidentə zərbə: Qərb şirkətlərinin 31 faizi narazıdır

Rüfət Aslanlıdan prezidentə zərbə: Qərb şirkətlərinin 31 faizi narazıdır

Tarix:

7-06-2018, 14:09

/ 1 744 dəfə oxundu.
Rüfət Aslanlıdan prezidentə zərbə: Qərb şirkətlərinin 31 faizi narazıdır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılması islahatlara hesablanmışdı; Hökumətin məqsədi maliyyə-bank sektorunda şəffaflıq yaratmaq idi...
Prezidentin Maliyyə Nazirliyi və Mərkəzi Bankın fəaliyyətindən narazı qalması bu qurumun təsis olunmasını zəruri etmişdi.
Amma Rüfət Aslanlının sədri olduğu Palata ümidləri doğrultmadı. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir.
Bu haqda report.az xəbər yayıb. Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçirilən sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.
Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir. Onların 82%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir.
Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır.
Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür.
Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib: “20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir”.
R.Aslanlının yarıtmaz və uğursuz fəaliyyəti nəticəsində Avropa şirkətlərini 31 faizi MBNP-dan narazıdır. Bu da prezidentin iqtisadi siyasətinə zərbədir.
Qərb təşkilatlarının ölkəmizdən didərgin düşməsinə, investorların qaçmasına səbəbkar olan R.Aslanlı ölkənin iqtisadi siyasətini sabotaj etməkdədir.
Görünür ki, Palata sədrinin başı bahalı şərablara qarışıqdır. İndiyə qədər R.Aslanlının şəxsi biznesinin olması barədə də elə bir məlumata rast gəlinməsə də, onun bahalı şərab həvəskarı olduğuna dair iddialar yayılıb.
Bu barədə cumhuriyyet.net saytı maraqlı bir yazı dərc etmişdi. Bildirilir ki, Rüfət Aslanlı çox bahalı və dəbdəbəli həyat tərzi yaşamaqdadır.
Bu da onun qısa müddət ərzində kifayət qədər iri məbləğdə kapitala sahib olduğunu deməyə əsas verir:
Belə ki, bir dövlət məmurunun illik qazancı ilə bir şüşəsinin dəyəri 3000 AVRO ilə 20000 AVRO arasında dəyişən xüsusi şərabları öz adı ilə sifariş vermək, heç bu cür şərabların hazırlandığı yerlərdə olub onların dequstasiyasının aparmaq hardasa mükünsüzdür.
Amma bizim “qəhrəmanımız” şəkildə də gördüyünüz kimi bu şərabları dequstasiya edərək özünəməxsus şəkildə, “dərk etdiyi” formada özünə “bab” olan, ağzının tamına uyğun şərablar seçməyə çalışır.
Həmçinin qeyd edilir ki, R.Aslanlının 2-3 günlük istirahət xərci 30-40 min ABŞ dolları və ya 55-70 min manat civarındadır.
Belə ki, Palatanın rəhbəri xarici ölkələrə səfərə gedərkən ən tanınmış 5-7 ulduzlu hotellərdə istirahət edir.
Burada qəribə bir nüans yoxdur, hər bir insanın yaxşı hotellərdə qalmaq haqqı var, o cümlədən də cənab Aslanlının.
Qəribə burasındadır ki, bu cür hotellərin ən yaxşı lüks nömrələrinin 1 gecəlik qiyməti 1000-1500 ABŞ dolları olduğu halda Palatının rəhbəri, dəbdəbəli həyat tərzinə alışqan R.Aslanlı xarici ölkələrin birində, hoteldə qalarkən 2 gecə üçün bir nömrəyə 12000 ABŞ dolları hesab ödəyir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Bu dövlət qurumunun yaradılmasına qədər maliyyə monitorinqinin həyata keçirilməsi üzrə funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirirdi.
Bu Palatanın başçısı Rüfət Aslanlı son vaxtlar KİV və ekspertlər tərəfindən kəskin tənqidə məruz qalırdı.
Çünki kölgə iqtisadiyyatı adlandırılan əsas şərlə mübarizədə gücsüz olduğu göz önündə idi. Böyük hesabla, yeni dövlət qurumu həm də ölkədən kapital axınının və pul yuyulmasının qarşısını alacaq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ