SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Nazirin yalanı: Gədəbəy kartofu 1 manat 10 qəpiyə qalxdı, hanı “ikinci çörək” istehsalı?

Nazirin yalanı: Gədəbəy kartofu 1 manat 10 qəpiyə qalxdı, hanı “ikinci çörək” istehsalı?

Tarix:

27-02-2017, 09:13

/ 2 531 dəfə oxundu.
Nazirin yalanı: Gədəbəy kartofu 1 manat 10 qəpiyə qalxdı, hanı “ikinci çörək” istehsalı?

Azərbaycanda kartofun qiyməti təzədən qalxıb. Bazarlarda Gədəbəy kartofu 1 manat 10 qəpik, Tovuz və Şəmkir kartofu 90 qəpik, Rusiya kartofu 78 qəpikdir

Bu barədə İqtisadiyyat Şöbəsinin əməkdaşı xəbər verib. Müxbirin verdiyi məlumata görə, yerli kartof məhsullarının baha olması alıcıları Rusiya mallarını almağa vadar edir.

Lakin Rusiya kartofunun şirin olması alıcıların ürəyincə deyil və bu məhsullardan istifadə etmək qeyri-mümkündür.

Nəticədə əhali yerli kartof məhsullarını almağa məcbur olur ki, qiymətlərin baha olması da ciddi çətinlik yaradıb.Kartof gündəlik tələbat məhsuludur və yerli istehsal artdıqca qiymətlər də ucuzlaşmalıdır. Di gəl, Gədəby kartofu 1 manat 10 qəpikdən aşağı satılmır.

Ekspertlər isə kartofun qiymətinin qalxmasını həm yanacağın bahalaşması, həm də ölkədə kartof istehsalının azalması ilə izah edirlər. Belə ki, əvvəllər İran, Rusiya və Türkiyə, hətta ərəb ölkələrindən kartof gətirilir və bazarda kartof çatışmazlığı gözə çarpmırdı.

Son zamanlar Rusiyadan Azərbaycana kartof gətirmək problemə çevrilib, İran da kartof ixracına məhdudiyyət qoyub. Bu da bazarda özünü göstərir. Amma bütün hallarda bahalığın başlıca səbəbi benzinin qiymətinin qalxmasıdır.

Kartof çörəyə bərabərdir və hər gün istifadə olunur. Kənd təsərrüfatı naziri Heydər Əsədov isə qıtlıq olmadığını, kartof istehsalının artdığını və idxaldan asılılığın azaldığını iddia edir.

Faktiki olaraq isə bazarlarda bu məhsulların qiyməti insanları zor duruma salıb. Rusiya 2016-cı ildə xarici ölkələrə 230 min ton həcmində kartof satıb. Rusiya kartofunun əsas alıcıları Azərbaycan və Ukraynanın şərq regionları olub. Bu fakt nazirin yalanını üzə çıxarır.

Rəsmi məlumata görə, Azərbaycanda 2016-cı ildə sahələrdən 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1 milyon 269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az) bostan məhsulları toplanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hektarın orta məhsuldarlığı kartof üzrə 4 sentner, bostan məhsulları üzrə 2 sentner artaraq, uyğun olaraq 140 və 176 sentner olub.

Tərəvəz üzrə isə 2 sentner azalaraq 156 sentner təşkil edib. Əgər belədirsə niyə kartof ucuzlaşmır və Rusiya məhsulları bazarlarda “meydan sulayır”? Nazir heç bir izahat vermir...

Şərhlər

XƏBƏR LENTİ