"Xarici şirkətlərin Azərbaycana marağı artıb" - Rövnəq Abdullayev
- 24-02-2017, 14:27
- 1 620
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Natural Gas World" (NGW) jurnalına verdiyi müsahibəsində bildirib.
Rövnəq Abdullayev bildirib ki, 2016-cı ilin son rübündən etibarən neftin qiymətinin 50 dollar/barrel və daha yüksək səviyyəyə qalxması, bu il üçün verilən daha perspektivli proqnozlar ruhlandırıcı təsirə malikdir: "Deyə bilərəm ki, bir sıra şirkətlər bizə artıq öz maraqlarını ifadə edib. Onlardan biri Xəzər dənizində ötən əsrin 90-cı illərin sonunda kəşf edilmiş kiçik ehtiyatlara malik qaz kondensat yatağında işləmək arzusunu bildirib. Digər bir şirkət neft yatağının işlənməsini təklif edir. Başqa sözlə, əgər 20 il əvvəlki texnoloji imkanlar və mövcud olan neft qiymətləri səbəbindən bəzi yataqların işlənməsi səmərəsiz idisə, indi bu yataqlardan mənfəət götürülməsi mümkün görünür”