"Xarici şirkətlərin Azərbaycana marağı artıb" - Rövnəq Abdullayev
Son 2 ildə neftin qiymətinin aşağı olması xarici neft şirkətlərinin Azərbaycandakı enerji layihələrinə olan marağınən azalmasına səbəb olmuşdusa, son vaxtlar bu sahədə müsbət irəliləyişlər var.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Natural Gas World" (NGW) jurnalına verdiyi müsahibəsində bildirib.
Rövnəq Abdullayev bildirib ki, 2016-cı ilin son rübündən etibarən neftin qiymətinin 50 dollar/barrel və daha yüksək səviyyəyə qalxması, bu il üçün verilən daha perspektivli proqnozlar ruhlandırıcı təsirə malikdir: "Deyə bilərəm ki, bir sıra şirkətlər bizə artıq öz maraqlarını ifadə edib. Onlardan biri Xəzər dənizində ötən əsrin 90-cı illərin sonunda kəşf edilmiş kiçik ehtiyatlara malik qaz kondensat yatağında işləmək arzusunu bildirib. Digər bir şirkət neft yatağının işlənməsini təklif edir. Başqa sözlə, əgər 20 il əvvəlki texnoloji imkanlar və mövcud olan neft qiymətləri səbəbindən bəzi yataqların işlənməsi səmərəsiz idisə, indi bu yataqlardan mənfəət götürülməsi mümkün görünür”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...