SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Turan Bank” ın zərəri günü-gündən artır - Hesabat

“Turan Bank” ın zərəri günü-gündən artır - Hesabat

Tarix:

11-05-2018, 16:02

/ 1 663 dəfə oxundu.
“Turan Bank” ın zərəri günü-gündən artır - Hesabat

"Turan Bank” ASC bu ilin I rübünü 216 min manat zərərlə başa vurub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,55 dəfə azdır.

3 ay ərzində "Turan Bank”ın faiz gəlirləri 7,243 milyon manat, faiz xərcləri 5,119 milyon manat, qeyri-faiz gəlirləri 810 min manat, qeyri-faiz xərcləri 3,004 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 146 min manat təşkil edib.


Bu il aprelin 1-nə "Turan Bank”ın aktivləri 495,054 milyon manat olub ki, bu da illik müqayisədə 8,1% azdır. Bunun 272,253 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,8% kiçilib.


Hesabat dövründə"Turan Bank”ın öhdəlikləri 9,2% azalaraq 436,114 milyon manata düşüb. Bunun 224,753 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 8,4% kiçilib.

İl ərzində "Turan Bank”ın balans kapitalı isə 0,7% artaraq 58,94 milyon manat təşkil edib.

azxeber.com

Şərhlər

XƏBƏR LENTİ