Yığılan vergilər belə xərclənirmiş... - İTTİHAM
Müstəqil.Az-ın Vergilər Nazirliyini Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də cənub bölgəsində digər vergi müfəttişlərinin qanundan kənar atdıqları addımlarla bağlı araşdırmaları davam edir.
Prezidentə məktub
Problemlə bağlı ötən yazımızda (/www.mustaqil.az/2018/04/23/lənkəranli-sahbkarlar-prezidentdən-komək-istədi-umidimiz-sizsiniz/) saytımızın redaksiyasına bir qrup iş adamının sözügedən şəxslərin əməllərindən şikayət məktubunun daxil olması barədə ətraflı məlumat vermişdik.Şikayətçilər ölkə başçısının iş adamlarına yaratdığı şəraitə rəğmən bəzi dövlət qurumu və nazirliklərin prezidentin gördüyü işlərə kölgə salmaqla məşğul olduqları diqqətə çatdırımışdı.Qurum əməkdaşlarının üzərlərinə düşən vəzifəni icra etmək əvəzinə bacarıq və istedadlarını şəxsi maraqlarının təmin olunmasına yönədildiyi də xatırladılıb.
Nazirdən dəstək istənilib
Qeyd edək ki, şikayət məktubunda həmçinin ölkə başçısı, eləcə də vergilər naziri Mikayıl Cabbarovdan dəstək istənilib, saytımız vasitəsi ilə ondan rəhbəri olduğu quruma ünvanlanan müraciətlərinin aqibətinin araşdırlması istənilib.
Bundan başqa Prezidentə olunan müraciətdə 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun təşkilatçılığı və bir başa himayədarlığı ilə sahibkarlardan alınan qeyri-qanuni pulla mütəmadi olaraq iş vaxtları eyş-işrət, daha dəbdəbəli məclislərin qurulması haqda da məlumat verilirdi. Bu deyilənlərin sübutu olaraq Lənkəranda “Şah” restoranında şahlara layiq məclisin foto-görüntüləri də əksini tapmışdı.
Sərxoş müfəttişlər
Müraciətdə elə belə də yazılır:
“Cənab Prezident!
Sizə ərizə ilə birlikdə bu şəkilləri də göndəririk. Ədalət Fərəcov və bölmə rəisi Bəhruz Heydərov iş adamlarından hədə-qorxu yolu ilə aldıqları pullarla iş vaxtı və sonra Lənkəran şəhərində mütəmadi sərxoşlu edirlər”.
Bu arada Müstəqil.Az-ın əməkdaşları məsələ ilə bağlı yeni faktlar əldə ediblər və sahibkarlardan mənimsənilən vəsaitlərin miqdarı bəlli olub. Məsələn, qərar olmadan yoxlama adı ilə Lənkəran şəhər yarmarkasında 2017-ci ilin may, iyun, iyul və avqust ayları üçün sahibkarlardan illik yığılan vəsait 650 min manat civarında olub.”Əməliyyatı” dövlət vergi müfətişləri Ağayev Hakim Gülmalı oğlu, Əliyev Kamran Tariyel oğlu, həmçinin bazarın sahə müfəttişi həyata keçirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...