XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » SOCAR Tower Amerikanın nüfuzlu mükafatına layiq görülüb

SOCAR Tower Amerikanın nüfuzlu mükafatına layiq görülüb

SOCAR Tower Amerikanın nüfuzlu mükafatına layiq görülüb
23-02-2017, 16:17

SOCAR-ın yeni inzibati binası - SOCAR Tower layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində “Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülüb.

Bu, mühəndislik işində müstəsna nailiyyət əldə olunmasını nümayiş etdirən nüfuzlu mükafatlardandır.

Qeyd edək ki, mükafatın rəsmi təqdimetmə mərasimi 2017-ci il aprelin 25-də Vaşinqtonda Washington Marriott Wardman Park otelində keçiriləcək. SOCAR Tower layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olunub. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin 50-ci yubiley tədbirində SOCAR Tower layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcək.

Xatırladaq ki, SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.