"Vergi Məcəlləsi və bir sıra qanunvericilik aktları təkmilləşdirilir" - Mikayıl Cabbarov
"Ölkə prezidentinin tapşırığı ilə Azərbaycanın Vergi Məcəlləsinin və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri aparılıb".
Bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir: "Orta və iri müəssisələrdə daxili hesabatlılığın və şəffaflıq səviyyəsinin artırılması, onların vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qarşıya məqsəd kimi qoyulub. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...