SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezident büdcədən 10 milyon manat ayırdı

Prezident büdcədən 10 milyon manat ayırdı

Tarix:

5-04-2018, 18:47

/ 1 559 dəfə oxundu.
Prezident büdcədən 10 milyon manat ayırdı

Prezident İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən yüz iyirmi iki min nəfərdən artıq əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Şirvan-Salyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,0 (on) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ