Rövnəq Abdullayev Tbilisidə toplantı keçirdi
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub.
Səfər zamanı SOCAR-ın prezidentini şirkətin vitse-prezidentləri Süleyman Qasımov, David Məmmədov və Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev müşayiət ediblər.
Səfər çərçivəsində R.Abdullayev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, gələcəkdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə ediblər.
Səfər zamanı, həmçinin "”SOCAR Energy Georgia” şirkətinin Tbilisidəki ofisində yığıncaq keçirilib. “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov SOCAR-ın prezidentini şirkətin 2017-ci ildəki fəaliyyətinin nəticələri, eləcə də 2018-ci il üzrə inkişaf planları barədə məlumatlandırıb. İclasın sonunda "SOCAR Energy Georgia" şirkətinin 2017-ci il üzrə uğurları nəzərə alınaraq 2018-ci il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək