SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Kreditdə olan maşınların satılmasına qadağa - Mərkəzi Bankdan şok qərar

Kreditdə olan maşınların satılmasına qadağa - Mərkəzi Bankdan şok qərar

Tarix:

20-02-2017, 16:32

/ 1 594 dəfə oxundu.
Kreditdə olan maşınların satılmasına qadağa - Mərkəzi Bankdan şok qərar

Mərkəzi Bank kreditdə olan maşınların başqasına satılmasına ciddi əngəl yaradan qərar verib.

Kreditdə iqtisadçı Samir İsmayıla istinadən xəbər verir ki, qərara əsasən, kreditdə olan maşını o şərtlə satmaq olar ki, yeni alıcı qalan kredit məbləğinin 80 faizini ödəsin:

"Bu zaman ortaya haqlı sual çıxır: Maşının sahibinə çatan pulu tam, qalan kreditin də 80 faizni ödəyə bilən şəxsin bankda nə işi var? Kreditlərin rəsmləşdirilməsinə çəkilən xərcləri və toplanan sənədləri nəzərə alsaq, bu qərar çox absurddur".

Samir İsmayılın sözlərinə görə, bu gün qaytarılmayan və ya gecikdirilən kreditlər bankların 1 nömrəli problemidir:

"Buna baxmayaraq, qəbul olunan yeni qaydalar və şərtlər problemin həll olunmasına deyil, kəskinləşməsinə xidmət edir"

Şərhlər

XƏBƏR LENTİ