Tanınmış iş adamı "AXA MBASK"ın səhmlərini alır
Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli AXA Qrupun Azərbaycandakı törəmə şirkəti olan "AXA MBASK"ın 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib.
"APA-Economics"in məlumatına görə, artıq tərəflər arasında ilkin razılaşma imzalanıb.
Əməliyyatın tamamlanması isə müvafiq orqanların razılığı alındıqdan sonra həyata keçiriləcək.
E.Qəribli bu məlumatı təsdiqləyib. O, Azərbaycanda sığorta bazarının inkişafı üçün uyğun biznes mühitinin olduğunu və iqtisadi qanunvericilikdə həyata keçirilən islahatlar sayəsində yerli investorlar üçün daha da əlverişli şəraitin yarandığına inandığını qeyd edib. Bunları əsas gətirən E. Qəribli yerli sığorta şirkəti olan "AXA MBASK"a investisiya etmək qərarına gəldiyini açıqlayıb.
Qeyd edək ki, E. Qəribli həmçinin 1992-ci ildən etibarən eyni şirkətin qurucusu və ilk rəhbəri olaraq sığorta fəaliyyətinə başlayıb. Hazırda E.Qəribli "Unibank" ASC-nin Müşahidə Şurasının üzvüdür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...