XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Büdcədən parlament partiyalarına ildə 100 min ayrılır - Siyasi qurumlar o pulları hara xərcləyir?..

Büdcədən parlament partiyalarına ildə 100 min ayrılır - Siyasi qurumlar o pulları hara xərcləyir?..

Büdcədən parlament partiyalarına ildə 100 min ayrılır - Siyasi qurumlar o pulları hara xərcləyir?..
20-02-2017, 11:04

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər bir sıra partiyalarının deputatları da təmsil olunur.
Bu partiyalara dövlət büdcəsindən nə qədər vəsait ayrılır?
Bu vəsait hansı istiqamətlərdə sərf edilir? Partiyalar dövlət büdcəsinə nə qədər vergi ödəyirlər?

Tahir Kərimli 2016-cı il üzrə dövlət büdcəsindən Vəhdət Partiyasına təxminən 100 min manata yaxın pul verildiyini deyib.
“Bu pul rüblərə bölünərək verilir. Yəni, aya partiyanın hesabına 8 min manat civarında pul daxil olur. Pul vergi, işçilərin maaşlarının verilməsi, partiya qərargahının saxlanılması və digər istiqamətlər üzrə xərclənir. Partiyamızın illik maliyyə hesabatlarında nöqsanlar olmur. Biz bütün xərclərimizin hamısının vergisini ödəmişik. Hətta 1700 manat da artıq ödəmişik. Heç bir vergi kəsirimiz yoxdur. Biz partiya sədrləri olaraq, 1 fazilik xidmət haqqı tutulmasından narazıyıq. Çünki bu hər partiyadan il ərzində 1000 manat pul tutulması deməkdir. Bu da partiyalar üçün çox böyük bir gücdür”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Yeni Azərbaycan Partiyasından başqa bütün partiyalara illik eyni pul ödənilir.
“Bu pullar rüblərə bölünür. Biz bu pulları partiya işinin gücləndirilməsinə, təşkilatımızın genişləndirilməsinə sərf edirik. Eyni zamanda, işçilərin əmək haqqına və müəyyən layihələrə xərcləyirik. Biz partiyaya ayrılan puldan vergi vermirik. Bizdə vergi əmək haqqından tutulur. Kim partiyadan əmək haqqı alırsa, ondan əlavə dəyər vergisi (ƏDV) tutulur”.

Araz Əlizadə deyib ki, Azərbaycan Sosial Demokrat Partiyasına nə qədər pulun ayrıldığı büdcədə göstərilib.
“Bu pullar işçilərinin maaşlarına, partiyanın xərclərinə sərf olunur. Nə qədər verginin verilməsinə gəldikdə isə, bu MSK-nın hesabatına göstərilib. Mənim işim-gücüm qutarıb ki, bunu əzbərləyim? Mən mühasib deyiləm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.