Taxılın keyfiyyətinə nəzarət İqtisadiyyat Nazirliyindən alındı
- 6-02-2018, 10:49
- 1 460
Nazirlər Kabinetinə istinadən xəbər veririk ki, baş nazirin imzaladığı qərara əsasən, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin digər qərarı ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəzlənib.
O cümlədən dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılması gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.