XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Taxılın keyfiyyətinə nəzarət İqtisadiyyat Nazirliyindən alındı

Taxılın keyfiyyətinə nəzarət İqtisadiyyat Nazirliyindən alındı

Taxılın keyfiyyətinə nəzarət İqtisadiyyat Nazirliyindən alındı
6-02-2018, 10:49

Baş nazir Artur Rasizadənin qərarı ilə Nazirlər Kabinetinin 2009-cu il, 10 sentyabr tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilib.

Nazirlər Kabinetinə istinadən xəbər veririk ki, baş nazirin imzaladığı qərara əsasən, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəzlənib.

O cümlədən dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılması gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.