İslahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çox sayda iş yerləri açılır - Prezident İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayının iştirakçılarına təbrik məktubu göndərib.
Təbrik məktubunu tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
Dövlət başçısı qurultay nümayəndələrini təbrik edib. Məktubda qeyd olunub ki, həmkarlar ittifaqları müstəqillik illərində böyük inkişaf yolu keçib və vətəndaşların sosial hüquqlarının qorunmasında böyük rol oynayır.
Bildirilib ki, hökumət əmək hüquqlarının tənzimlənməsində, sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Həmkarlar ittifaqlarının öz işlərini müasir dövrün tələblərinə uyğun qurması üçün şərait yaradılıb.
Məktubda qeyd olunub ki, görülən işlər yoxsulluğun və işsizliyin aşağı səviyyəyə salınmasına imkan verib: "Aparılmış islahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çox sayda iş yerləri açılır. Əldə olunan bu uğurlar əhalinin sosial hüquqlarının qorunması, ictimai həmrəyiliyin yüksəldilməsi ilə bağlı həmkarlar ittifaqlarının rolunu artırır”.
Dövlət başçısı vurğulayıb ki, həmkarlar ittifaqları müxtəlif sahələrdəki təşkilatlarda fəaliyyətini genişləndirməli, işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır: “İnanıram ki, bu qurultay həmkarlar ittifaqlarının fəaliyyətinə mühüm töhfə verəcək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...