Açıq məkanda icazəsiz reklam dəyişdirənlər cərimələnəcəklər
Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması müzakirə olunub.
Təklif edilən 395.0.7-ci maddəyə əsasən, “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə” görə cərimələr müəyyənləşdirilir.
Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10000 manatdan 15000 manata qədər cərimələnəcəklər.
Layihə səsə qoyularaq qəbul edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...