“Unibank”da daha bir ilginc İSTEFA: - Departament rəhbəri ölkədən getdi
"Unibank"ın marketinq direktoru istefa edib.
Ötən ili ciddi zərərlə başa vuran bankdan daha bir vəzifəli şəxs istefa verib. "Marja" ya istinadən xəbər veririk ki, bankın Marketinq üzrə direktoru Yevgeniy Soltanov öz istəyi ilə işdən ayrılıb. Onun öz fəaliyyətini ölkə xaricində şirkətlərin birində davam etdirəcəyi qeyd edilib.
Məlumata görə bu istefanın ardından bankda struktur dəyişikliyi də olub. Belə ki, Y.Soltanovun rəhbərlik etdiyi marketinq departamenti Pərakəndə Bank xidmətləri departamentinə birləşdirilib. Departamentə rəhbərlik idarə heyəti sədrinin Pərakəndə bank xidmətləri üzrə müavini Taleh Tahirliyə tapşırılıb.
Qeyd edək ki, ötən ay yayılan məlumata görə "UniBank”ın əsas rəhbərlərindən biri olan Eldar Qəribovun Malta vətəndaşlığı alaraq ölkədən getmişdi. Səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Qəribovun bu addımı ictimaiyyət arasında da müzakirəyə səbəb olmuşdu

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...