SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Marketlərin yeni oyunu — Pulunu ver, malını satım

Marketlərin yeni oyunu — Pulunu ver, malını satım

Tarix:

29-01-2018, 17:29

/ 1 429 dəfə oxundu.
Marketlərin yeni oyunu — Pulunu ver, malını satım

Azərbaycanda marketlərin qeyri-rəsmi gəlirləri ifşa olunub.
"Ölkə.Az" xəbər verir ki, şirkətlər istehsal yaxud idxal etdikləri malları marketlərdə satışa çıxarmaq üçün giriş pulu (ayaqbasdı) ödəyirlər. Məsələn, bir şirkət 10 çeşid malını marketlər zəncirindən birində satışa çıxarmaq istəsə, hər çeşid üçün 1 000 manat (10 çeşid mal üçün 10 000 manat) əlavə pul ödəməlidir. Alınan bu yüksək məbləğin qarşılığında isə şirkətlərə heç bir sənəd və ya çek verilmir.

"Bizim Market"lər şəbəkəsi 10 filialında satışa çıxaracağı hər çeşid mal üçün 130 manat, "Bazar Store" 24 filialında (əlavə olaraq "Makro Market" daxil) satışa çıxaracağı hər çeşid mal üçün 180 manat, Sumqayıtda "Ucuz Market"lər şəbəkəsi isə 6 filialında satışa çıxaracağı mal üçün illik 6 000 manat pul tələb edir. Bundan başqa marketlərin daxilində teşir, vitrin və s. əlavə ödənişlə (50 - 300 manat) satılır.
Ortaya isə bir sual çıxır. Marketlər bu pulu qanunla nizamlanmış formada alır? Yəni bunun üçün əlavə olaraq vergi verirlər?

Vergilər Nazirliyindən sorğumuza rəsmi cavab olaraq bildirilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsində təsbir olunub ki, sahibkarlıq fəaliyyətinin həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifəsidir.

Nazirliyin rəsmi cavabında bildirilir ki, şirkətlər bu kimi qanunsuzluqla bağlı nazirliyin 195 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Bu kimi hallar vergi ödəyicilərində keçirilən səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri ilə aşkar edilir. Belə hallarla bağlı konkret şikayətlər olduqda, həmin vergi ödəyicilərinə münasibətdə qanuna müvafiq tədbirlərin görülməsi təmin edilir.

Şərhlər

XƏBƏR LENTİ