"Bank VTB (Azərbaycan)" ipoteka kreditində müştərilərinn cibinə girir - İTTİHAM
"Bank VTB (Azərbaycan)" güzəştli və adi ipoteka kreditlərinin verilməsində müştərilərinə tam məlumat verməməklə istehlakçıları aldadır.
"Ölkə.Az" xəbər verir ki, sözügedən bank adi və güzəştli ipoteka kreditlərinin verilməsi haqqında rəsmi isternet səhifısində məlumat (reklam) verib. Məlumatda kreditin əlavə xərcləri barədə məlumatlar əks olunmayıb. Bankın rəsmi internet səhifəsindən məlumatlanan müştəri bankda əlavə olaraq 0,1% əlavə ödənişlə rastlaşır.
Belə ki, adi ipoteka krediti maksimum 25, güzəştli ipoteka krediti isə maksimum 30 il müddətinə verilir. Adi ipoteka kreditində maksimum məbləğ 150 min, güzəştli kreditdə isə maksimum 100 min manat məbləğ ayrılır. Adi ipoteka krediti daşınmaz əmlakın bazar qiymətinin ən azı 20%-i, güzəştli kreditdə isə bu faiz 15%-lə əvəz olunur. Adi kredit üçün illik 7%, güzəştli kredit faizi isə 4%-lə əvəz olunur. Bu kreditlərdən (adi və güzəştli ipoteka krediti) istifadə edən müştərilər 0,1% əlavə komissiya haqqı ödəməlidirlər.
Bank, bu məlumatı gizlətməklə müştərilərinin cibindən əlavə olaraq 100 - 150 (güzəştli kredidən 100, adi ipoteka kreditindən 150) manat gəlir əldə edir. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək