XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Azərbaycanda “düyünə düşməyən” oliqarx krediti: - Ehtiyacı olan insanlar, ağır şərtlər, yüksək gəlir

Azərbaycanda “düyünə düşməyən” oliqarx krediti: - Ehtiyacı olan insanlar, ağır şərtlər, yüksək gəlir

Azərbaycanda “düyünə düşməyən” oliqarx krediti: - Ehtiyacı olan insanlar, ağır şərtlər, yüksək gəlir
18-01-2018, 09:49

İpoteka kreditlərinin həcmi artıb.Bankların maliyyə vəziyyətinin ağır olduğu bir dövrdə əslində ipoteka kreditlərinin həcminin artması müsbət haldır.Bu xüsusilə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən amildir.Təbii ki, bu məsələdə də müəyyən problemlər yaşanır.Belə ki, ipoteka kreditlərinin bir sıra hallarda təyinatı üzrə xərclənmədiyi iddia olunur.Bu kredit növündən istifadə edərək çox hallarda əldə olunan güzəştli vəsaiti biznesə yatırırlar.
İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat Xidmətindən verilən xəbərə görə, 2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 milyon manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 milyon manat məbləğində isə 3109 ipoteka krediti verilib. Bu isə digər illərlə müqayisədə ən yüksək nəticə deməkdir. Ümumilikdə, 2006-2017-cı illərdə cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 milyon manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub.
Maraqlıdır, bu dövr ərzində verilən kreditlərin neçə faizinin geri qaytarılmasında problem yaranıb?Əgər verilən ipoteka krediti problemlə üzəlişirsə, hansı addımlar atılır?
Ekspertlər hesab edir ki, kredit portfelinin strukturuna diqqətli şəkildə nəzər yetirsək, ipoteka kreditinin ən etibarlı kredit növü olduğunu görə bilərik.Sözügedən kreditin yüksək etibarlılıq dərəcəsi nümayiş etdirməsinin ilk səbəbi ipoteka kreditlərinin verilməsi üzrə şərtlərin olduqca sərt olması və digər istehlak kreditləri ilə müqayisədə, istənilən şəxsin bu krediti əldə edə bilməməsidir.Buna görədir ki, problemli ipoteka kreditlərinin həcmi və ya olub-olmaması haqqında heç bir rəsmi məlumat yoxdur.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında problemli ipoteka kreditinin olmadığını deyib. Onun sözlərinə görə bunun əsas səbəbi Azərbaycanda ipoteka kreditlərinin yüksək gəlirli şəxslərə verilməsidir:
“Azərbaycanda ipoteka kreditlərinin problemli kreditlər portfelinə düşməsi gözlənilən hal deyil. Çünki dövlət tərəfindən verilən ipoteka kreditləri heç də imkansız ailələrə verilmir.Məlumdur ki, bu gün problemli kreditlərin əsas səbəbi devalvasiyadır.Dollar bahalaşdı və nəticədə valyuta kreditləri götürən insanlar əlavə borcla yükləndi.Amma ipoteka kreditləri manatla verilir.Ona görə də devalvasiya bu kreditlərə təsir etmədi. Buna görə də ipoteka kreditləri ən az problemlə üzləşən kredit növüdür.
Təbii ki, ipoteka kreditlərinin verilməsində və qaytarılmasında müəyyən şərtlər tətbiq olunur.Və kredit qaytarılmadığı halda müəyyən addımlar atılır.Ancaq məsələ burasındadır ki, hələ bu günə qədər belə bir halla rastlaşmamışıq ki, ipoteka krediti problemli kreditlər portfelinə daxil olub.Ümumiyyətlə, ipoteka kreditləri bir mütəxəssis kimi mənim maraq dairəmdə olan məsələ deyil.Çünki ipoteka kreditləri inkişaf etmiş dünya ölkələrində aztəminatlı ailələrin evə sahib olması üçün verilir.Azərbaycanda isə konkret olaraq imkanlı ailələrə verilir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.