SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İşsizlik əməkhaqları kimlərə veriləcək?

İşsizlik əməkhaqları kimlərə veriləcək?

Tarix:

8-01-2018, 17:45

/ 1 451 dəfə oxundu.
İşsizlik əməkhaqları kimlərə veriləcək?

"Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiqlənib.
Nazirlər Kabinetindən verilən məlumata görə, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi şərtlərinə görə, xidmətdə işsiz kimi qeydiyyata alınan şəxslərin sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları var.

Kimlərə üstünlük verilir?

Proqramda iştirak edən işsizlərdən əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Proqramda işəgötürənlərin iştirakı üçün bir sıra şərtlər müəyyən edilir. Hansı ki, buraya son bir ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son bir ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən şərtlər daxildir. Şərtlərə görə, hər bir işəgötürən üzrə əməkhaqlarınn maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının beş faizindən çox ola bilməz.

Sığortaolunanların əməkhaqlarının məbləği

Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, sığortaolunanın ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına üstəliyin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
Əməkhaqqına əlavələr, mükafatlar və digər ödənclər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir. Bu ödənclər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir. Əməkhaqqının maliyyələşdirilən hissəsi əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, hər ay işəgötürən tərəfindən Razılaşmada nəzərdə tutulan müddətdə və məbləğdə ödənilir. Razılaşmanı imzalamış işəgötürənlər onun icrası və Xidmət tərəfindən Proqram üzrə ödəniləcək vəsait barədə hesabatı sonrakı ayın 5-dək elektron qaydada MİS-ə (3 nömrəli əlavə) təqdim edirlər. Hesabatın Xidmət tərəfindən qəbul olunması təsdiq edildikdən sonra, həmin ayın 10-dan gec olmayaraq, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi üzrə ödəniş işəgötürənə ödənilir.
İşəgötürənlərin təqdim etdikləri aylıq hesabatlar onların hər rüb üçün məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları ilə müəyyən edilmiş müddətdə və formada təqdim etdikləri məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir. İşsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, bu vəsaitin geri qaytarılması işəgötürənlərdən müəyyən edilmiş qaydada tələb olunur və həmin işəgötürənə münasibətdə Proqramın icrası dayandırılır.

Sığortaolunanlar neçə ay əməkhaqqı alacaqlar?

İşin xüsusiyyətindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallardan) asılı olaraq, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi 3 (üç), 6 (altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində Razılaşmaya uyğun həyata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ