SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Sahibkarlara manatla kredit bu qaydalarla veriləcək

Sahibkarlara manatla kredit bu qaydalarla veriləcək

Tarix:

30-11-2017, 11:52

/ 1 775 dəfə oxundu.
Sahibkarlara manatla kredit bu qaydalarla veriləcək

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
xalqxeber.az xəbər verir ki, kreditlərə təminat verilməsi üçün müəyyən edilmiş qaydalarda göstərilir ki, zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir. Bir neçə hal üzrə isə kreditlərə zəmanət verilmir. Bunlar borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;
kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;
kredit reyestrinin məlumatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

bank hesabı üzərində müvafiq sərəncam olduqda;

borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;

borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda və .s kimi bir neçə halda.

Zəmanət veriləcək kreditlər də həmçinin bir sıra tələblərə cavab verməlidir:

4.1.1. kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;

4.1.2. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;

4.1.3. kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

4.1.4. kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;

4.1.5. kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalı;

4.1.6. dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalı.

Müvəkkil banklar Cəmiyyətlə çərçivə müqaviləsini imzaladıqdan sonra 10 (on) iş günü müddətində Cəmiyyətin Mərkəzi Bankında olan hesabına birdəfəlik üzvlük haqqı ödəyirlər. Sistem əhəmiyyətli banklar üçün birdəfəlik üzvlük haqqı 75 000 (yetmiş beş min) manat, digər banklar üçün 40 000 (qırx min) manat məbləğində müəyyən olunur. Üzvlük haqqı bu qaydalarda müəyyən edilmiş müddət ərzində ödənilmədikdə çərçivə müqaviləsi qüvvəyə minmir.

Şərhlər

XƏBƏR LENTİ