Yumurtanın qiymətinin qalxmasına rəsmi reaksiya: - "Artıma işbazlar səbəb olur"
Respublika Quşçular Cəmiyyəti yumurtanın pərakəndə satış qiymətində müşahidə olunan artıma münasibət bildirib.
Cəmiyyətin sədri Aydın Vəliyev "APA-Economics"ə açıqlamasında bildirib ki, hazırda qiymətin artması üçün heç bir zəmin yoxdur:
"Dəqiq deyə bilərəm ki, istehsalçılar tərəfindən qiymət artımı barədə qərar qəbul olunmayıb. Qiymətlər əvvəlki səviyyədədir. Ən son məlumata əsasən, istehsalçılar 360 ədəd yumurtanı 42 manata satır. Beləliklə, 1 ədəd yumurtanın qiymətinin 11-12 manat arasında formalaşmasından xəbər verir. Qiymət artımına işbazlar səbəb olur. Necə deyərlər, işbazlar tərəfindən əldən-ələ və ya başqa ad altında yumurtanın satılması bu cür fəsadlar verir. İşbazlar qiyməti artırır, sonra da məsuliyyəti atırlar istehsalçıların üzərinə. Halbuki, istehsalçı bazar üzü görmür. Bir daha qeyd edirəm ki, hazırda qiymət artımı üçün heç bir zəmin yoxdur. Əksinə, biz yumurta ixracı üçün yeni bazarlar axtarırıq, çünki daxili bazarda tələbatı tamamilə ödəyirik".
Qeyd edək ki, hazırda bəzi marketlərdə 1 ədəd fabrik yumurtasının qiyməti 15 qəpiyə, kənd yumurtasının qiyməti isə 24 qəpiyə çatıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...