SOCAR bazara mühərrik yağları çıxarır
SOCAR bu yaxınlarda bazara mühərrik və sürtgü yağları çıxaracaq.
Bu barədə bu sektorda fəaliyyət göstərən şirkətlərdən birinin rəsmisi bildirib.
Adının açıqlanmasını istəməyən həmsöhbətimiz deyib ki, məhsullar elə SOCAR brendi ilə bazara tanıdılacaq: "Artıq məhsulların qablaşdırılması və markalanması prosesi başa çatmaq üzrədir. Məhsullar bir müddət sonra bazara çıxarılacaq".
Bildirilir ki, məhsullar və onların qiyməti rəqabətqabiliyyətli olacaq.
Mənbənin sözlərinə görə, məhsulların istehsalı zamanı istifadə olunan xammal həm yerli bazardan, həm də "Lukoil" şirkətindən alınacaq.
SOCAR məsələyə münasibət bildirməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək