XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Hökumət yanacaqla bağlı qərar verdi - Gömrük və rüsumundan azad olundu

Hökumət yanacaqla bağlı qərar verdi - Gömrük və rüsumundan azad olundu

Hökumət yanacaqla bağlı qərar verdi - Gömrük və rüsumundan azad olundu
6-11-2017, 20:07

Nazirlər Kabineti "TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.

xalqxeber.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.

Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.