Baytarlıq İdarəsinə ağır ittiham: “Mağazalarda at, it əti satılır” – VİDEO
“Ölkənin paytaxtı ətə tələbat çox olduğuna görə, qəssabxanaya çevrilib”. Bunu “Sherg.az”a Bakıda antisanitar şəraitdə ət kəsilməsi ilə bağlı danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, insanlar marketlərdən ət almağa meyl etmir, qəssabxanalarda kəsilən ətləri seçir: “Çünki mağazada satılan ətlərin heç bir sertifikatı, hüquqi sənədi yoxdur. İstehlakçıya heç bir əsas göstərmirlər. Ona görə, insanlar natəmiz belə olsa, gözləri ilə gördükləri, mal, qoyun ətini almağa üstünlük verirlər. Kənd təsərrüfatı nazirinin idarə rəisi 3 ay əvvəl məlumat yaydı ki, it, at, eşşək əti də satmaq olar. Bir şərtlə ki, üzərində nə əti olduğu yazılsın, istehlakçı aldadılmasın. Bu, normal hal deyil. Baytarlıq idarəsi at, it əti satan mağazalardan 200-300 rüşvət alıb, onların “fəaliyyət”inə göz yumurlar. Amma Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsi onlardan fərqli olaraq belə hal aşkarlayarsa, ekspertizaya verir, cinayət işi qaldırır, bütün hüquqi proseduraları yerinə yetirir. Kənd Təsərrüfatı Nazirliyi də düzgün yoxlama həyata keçirmir, nəzarət edə bilmir”.
E.Hüseynovun sözlərinə görə, əhalinin baytarlara inamı olmadığı müddətdə insanlar marketdən ət almayacaq: “Dövlətin istehlakçı hüquqları haqqında qanunları işləməlidir. Bu işə nəzarət edən qurumlar isə tam rüşvətə meylləniblər. Ona görə, vəziyyət pik həddinə gəlib çatıb. Bu Qurban bayramında da özünü göstərdi. “Montin bazarı” ətrafında o dərəcədə biabırçı, antisanitar vəziyyət hökm sürürdü ki, aidiyyəti qurumların heç bir iş görmədiyi ortada idi.
Müvafiq nəzarət orqanları əhalinin inamını qazanmalıdır ki, insanlar daha təmiz qidalar əldə edə bilsin. Səhərlər bazarlarda kəsilmiş ətlərin üzərinə möhür vurulur. Guya baytarlar səhərə qədər ekspertiza aparıblar. Nə qədər ki, dövlətin müvafiq qurumları yalançı siyasətdən əl çəkməyib, əmtəə bazarında belə buna tələbat olacaq, Bakı isə qəssabxana olaraq qalacaq”.
Qeyd edək ki, Bakının NZS adlanan qəsəbəsində antisanitar şəraitdə fəaliyyət göstərən ət qəssabxanalarının kadrları yayılıb. Kadrlardan görünür ki, qarın və bağırsaqlar yerə atılıb, kəsilən heyvanın içalatı kanalizasiyanın yanında yuyulur. Yol kənarında açıq vəziyyətdə asılan ətə, ətrafdan şütüyən avtomobillərdən toz hopur. Həmin videokadrları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...