Azərbaycan ət idxalını iki dəfə artırıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 971,8 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyimiz xəbərə görə, yeyinti məhsullarının idxalında dəyər ifadəsində illik müqayisədə 2,3% artım qeydə alınıb.
Hesabat dövründə ət idxalı 91,57% artaraq, 46,552 mln. dollara, süd - 69,02% artaraq, 9,720 mln. dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar - 27,65% artaraq, 49,065 mln. dollara, çay - 29,89% artaraq, 39,236 mln. dollara, meyvə-tərəvəz idxalı isə 0,22% artaraq, 91,465 mln. dollara çatıb.
Bu müddətdə buğda idxalı 34,57% azalaraq, 136,361 mln. dollara, şəkər idxalı 5,96% azalaraq, 124,467 mln. dollara düşüb.
Məhsulların miqdar baxımından müqayisəsinə gəlincə, ət idxalında 50,55%, süd idxalında 55,7%, çay idxalında 10,79% artım qeydə alınıb.
Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,31%-dən 15,73%-ə yüksəlib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək