Əkrəm Həsənov: "Bank Standard"ın müflis olmasında iştirak etmiş şəxs ADIF-də müşavir işləyir
- 20-10-2017, 16:46
- 110 859
Bunu “Bank Standard”ın Kreditor Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Bundan başqa, o qeyd edib ki, Bankın ləğv prosesində kreditorlar və debitorlara münasibətdə qeyri-qanuni addımlar atılır: “Məndə olan məlumata görə, böyük məbləğdə pulu olan əmanətçiləri çağırıb deyirlər ki, səndə bu qədər pul haradandır, ondan imtina et. Həmçinin banka borcu olan şəxslərlə separat danışıqlara gedilir. Onların bəzilərindən ancaq əsas borcu ödəmək tələb olunur. Məsələn, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov bəyan edib ki, “Bank Standard”a 70 mln. manat borcu var. Halbuki, bu, onun əsas borcudur. İş adamından faizlər, cərimələr tələb olunmur. ADIF ləğvedici kimi bunlara aydınlıq gətirməlidir”.