Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər
Bakıda güzəştli mənzil almaq məqsədilə 6,5 mindən çox insan qeydiyyatdan keçib.
Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil" sistemi vasitəsilə reallaşdırılır. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar, məlum olduğu kimi, bu qeydiyyat sistemindən keçirlər, daha sonra ödəniş üsulu və istədikləri mənzili seçmək hüquq əldə edirlər.
"Ehtimal edirəm ki, bu günə qədər müvafiq məsələ ilə bağlı 6 000-6 500 nəfər qeydiyyatdan keçib. Növbəti mərhələ isə ilk mənzillərin satışı elan olunduqdan sonra başlayacaq", - deyə Dövlət Agentliyinin rəsmisi əlavə edib.
A.Quliyev əlavə edib ki, mənzillərin satışına ilin sonuna kimi başlanıla bilər, lakin dəqiq tarix hələlik məlum deyil.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...