XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Rövnəq Abdullayev: Növbəti 32 il müddətində 40 mlrd. dollar sərmayə qoyulacaq

Rövnəq Abdullayev: Növbəti 32 il müddətində 40 mlrd. dollar sərmayə qoyulacaq

Rövnəq Abdullayev: Növbəti 32 il müddətində 40 mlrd. dollar sərmayə qoyulacaq
20-09-2017, 10:11

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən 20 il keçir. Ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Yaxın aylarda biz Azərbaycanda neft hasilatının 2 mlrd. tona çatacağını gözləyirik".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

O qeyd edib ki, hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur.

SOCAR prezidentinin sözlərinə görə, Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni HPBS-nin imzalanması üçün tərəfdaşlarla müzakirələr aparıb və “Neftçilər günü” ərəfəsində AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb: "Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar həcmində bonus ödəniləcək. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollar həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, SOCAR-ın “AzAÇG” şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.