SOCAR büdcə ödənişlərini açıqladı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133,782 mln. manat vəsait ödənilib.
xalqxeber.az SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17,321 mln. manat və ya 14,9% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 048,348 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142,946 mln. manat və ya 15,8% çoxdur.
Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,575 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən
DSMF-yə ödəniş 99,826 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,479 mln. manat və ya 5,8% çoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək