Neftin qiyməti 72 dolları ötüb
Dünya birjalarında neft qiymətləri sutkalıq ticarətdə artım nümayiş etdirib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,09 ABŞ dolları və ya 0,13% bahalaşaraq bir barel üçün 68,78 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,32 ABŞ dolları və ya 0,45% artaraq 72,12 ABŞ dolları təşkil edib.
Analitiklərə görə, neft qiymətlərində artım bazarda təkliflə bağlı narahatlıqların davam etməsi və investorların qlobal enerji bazarındakı riskləri qiymətləndirməsi fonunda müşahidə olunur.

Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Hacıqabuldakı yanğın söndürülüb
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
“Royal Fish” mağazasından narazılıq
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib