“Qara bazar”ın dollar “bayram”ı: - Məzənnəni artırdılar
- 4-09-2017, 12:24
- 60 328
Daxil olan məlumata görə, bayram günlərində dollar “qara bazar”da 1.74-1.76 civarında mübadilə olunur. Qeyri iş günlərində bankların işləməməsi vətəndaşların, xüsusilə xarici səfərlərə yollanmaq istəyən şəxslər xarici valyuta əldə etmək üçün “qara bazar”a üz tutmağa məcbur qalır. Dollara təlabat artıqda “qara bazar” iştirakçıları da məzənnəni süni şəkildə artırırlar.
İqtisadçılar hesab edir ki, bu cür qiymət artımlarına səbəb valyutadəyişmə məntəqələrinin hələ də fəaliyyətə başlamamasıdır. Qeyd edək ki, hökumət valyutadəyişmə məntəqlərinin fəaliyyətə başlaması üçün qərar verib. Ancaq hələ də bu proses uzanır.