Azərbaycanda İran məhsulları bahalaşdı
İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.
Xəzər TV bildirir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.
Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.
Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.
Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər. Alıcılar isə hələlik çarəni ya daha az almaqda, ya da yerli alternativlərə üz tutmaqda görürlər.
Hazırda bazardakı vəziyyət birbaşa sərhəddəki keçid qabiliyyətindən və İrandakı daxili sabitlikdən asılıdır. Qiymətlərin nə vaxt stabilləşəcəyi isə hələlik sual altındadır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb