XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanın ən hündür asma körpüsündə işlərin sona çatacağı vaxt açıqlandı

Azərbaycanın ən hündür asma körpüsündə işlərin sona çatacağı vaxt açıqlandı

Azərbaycanın ən hündür asma körpüsündə işlərin sona çatacağı vaxt açıqlandı
27-11-2025, 13:08

Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, 76 m hündürlüyündə, 1186 metr uzunluğunda olan asma körpüsündə tikinti işləri 50%-dək icra olunub.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O, bildirib ki, körpüdə 2026-cı ilin sonunadək tam olaraq tikinti işləri yekunlaşdırılacaq.

Qeyd edək ki, əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma körpüsü olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.