ŞOK...Un və çörəyin qiyməti qalxacaq - Xəbərdarlıq
Yaxın günlərdə Azərbaycanda un və un məhsullarının qiyməti qalxa bilər.
Bunu açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. Onun sözlərinə görə, manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq:
“Azərbaycan idxaldan asılıdır. İdxal da inhisardadır. İnhisarçılar çalışır ki, daha çox qazanıb, gəlir əldə etsinlər. Belə olan halda, daxili istehsal zəif olduğu üçün və manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq. Ona görə ki, ölkəyə dollarla gətirilən məhsullar Azərbaycanda manatla satılır. Bu halda unun qiymət artımı un məhsullarının artımına səbəb olacaq. Bu birmənalıdır.”
Vahid Məhərrəmov qeyd edib ki, un və çörəyin qiymətini hər bir sahibkar özü müəyyən edəcək: “Elektrik enerjisinin və qazın qiymətinin artması sahibkarın xərcini artırır. Sahibkar da istəyir ki, çəkdiyi xərcin müqabilində gəlir əldə etsin. Əlbəttə, indiki halda çörəyin qiyməti mütləq artacaq. Yaxud da keyfiyyətinə təsir edəcək.”
Çörəyin qiymətinin nə zaman qalxması məsələsinə gəldikdə isə, ekspert bunu inhisarların marağından asılı olduğunu deyib: “Çörəyin qiymətinin qalxması sabah da baş verə bilər, bu gecə də. Bu inhisarçıların marağından asılıdır. Qiymət hər an dəyişə bilər.”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...