Pomidorun qiymətində şok artım - Səbəbi isə...
Bakının mağaza və marketlər şəbəkəsində satılan pomidorun qiymətində artım müşahidə olunub.
Marketlər şəbəkəsində pomidorun qiyməti 1.60-1.80 manat arasındadır. Satıcılar bunun səbəbini topdansatış qiymətinin qalxması ilə izah edib. Onlar bildirib ki, topdansatış mərkəzlərində pomidorun 1 kloqramının qiyməti hazırda 1.50 manat təşkil edir.
Bundan əvvəl isə pomidorun qiyməti 70-80 qəpik arasında olub.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov açıqlamasında pomidorun qiymətinin birdən-birə qalxmasının səbəbini iki mühüm faktla əlaqələndirib. Onun sözlərinə görə, istixanalarda yetişdirilən pomidor mövsümü artıq başa çatıb:
“İstixanalarda yetişdirilən pomidorların vaxtı bitib. Heç kəsə sirr deyil ki, pomidorların əksəriyyəti istixanalarda yetişir. Qarşıdan açıq havada yetişən pomidorların mövsümü gələcək. O zaman pomidorların qiyməti aşağı enəcək”.
Eyyub Hüseynov pomidorun qiymətinin qalxmasının ikinci səbəbini onun xaricə çıxarılması ilə izah edib:
“Rusiyaya Azərbaycandan daha çox pomidor aparılır. Tələb təklifi üstələyib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...