XalqXəbər.Az

Telman İsmayılovun bank hesbalarına yasaq qoyuldu

yüklənir...
Telman İsmayılovun bank hesbalarına yasaq qoyuldu
30-08-2019, 11:35
yüklənir...

İsveçrənin Sürix Prokurorluğu iş adamı Telman İsmayılovun bank hesablarlına yasaq qoyub.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, buna səbəb İsmayılovun Rusiya bankları qarşısında çoxmilyardlı borclarının olmasıdır.

Prokurluq “Compagnie Bancaire Helvetique SA” və “Corner Banca SA” banklarında iş adamının hesablarını dondurub.

2018-ci ilin dekabrında İsveçrə Prokurorluğu Telam İsmayıloba qarşı cinayət işinə başlamışdı. Onu müflis olan zaman fırıldağa əl atmaqda, kreditorların ziyanına gedərək öz səhmlərini azaltmaqda və s. ittiham edirlər.

Hazırda Çernoqoriyada yaşayan Telam İsmayılov nə İsveçrə Prokurorluğu, nə də Rusiya Prokurorluğu tərəfindən həbasə oluna bilmir.

Rusiyada o, sifarişli qətllərdə ittiham olunur və beynəlxalq axtarışa verilib. Müflis olduğu üçün ona məxsus “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi və AST ticarət mərkəzi müsadirə olunub.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.