Xalq artisti: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"
- 30-06-2017, 16:03
- 108 285
Bu sözləri Xalq artisti Həmidə Ömərova deyib.
“Geriyə baxanda” verilişinin qonağı olan aktrisa “Demisiniz ki, xoşbəxt anayam. Amma qadın kimi xoşbəxt olmadım” sözlərinə belə cavab verib: “Bir dəfə etiraf etmişəm... Bir qadın kimi xoşbəxt ola bilmədim. Mən xoşbəxt ana və aktrisayam. İnsan həyatda hərtərəfli xoşbəxt ola bilməz. Mən həyat yoldaşımla dostam, bir-birimizi başa düşürük. Amma xoşbəxtlik başqa şeydir. Mən onu filmlərdə, rollarda oynamışam. Orada onun nə olduğunu hiss etmişəm. Reallıqdır, hər zaman nəyisə qurban veririk. Hər şeyi çatdırmaq mümkün deyil”.